Yağış Vaşinqtonu iflic etdi: Ağ ev su altında, metroda “şəlalə” - FOTO/VİDEO

20:27 08-07-2019 675

Güclü yağışlar Vaşinqtonu iflic vəziyyətə salıb.

TASS xəbər verir ki, təbiət hadisəsi nəticəsində əmələ gələn su axınları metro stansiyaları, şəhərin ətrafındakı bir çox sahələri, həmçinin Ağ ev və onun ətrafındakı yaşayış sahələrini öz ağuşuna alıb.

Dəmir yolu nəqliyyatı ilə məşğul olan “Amtrak” şirkəti “Twitter” vasitəsilə yaydığı məlumatda bildirib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, Vaşinqtonun cənubuna nəzərdə tutulmuş bütün reyslər təxirə salınıb.

ABŞ paytaxtında yeraltı metro nəqliyyatı da yağışdan əziyyət çəkib. Sosial şəbəkələrdə yayılan videolarda stansiyaların damından axan “şəlalələr”in görüntüləri əks olunub.

Küçələrdə də su yığıntıları səbəbindən avtomobillərin hərəkəti çətinləşib. Bəzi sürücülər nəqliyyat vasitələrini küçədə qoyaraq piyada davam etməli olublar. Hətta ABŞ prezidentinin mətbuat konfransı üçün Ağ evə gələn jurnalistlər də hər tərəfin su altında qaldığını görüb işlərini yarımçıq qoymalı olublar.

Bundan əlavə, paytaxtın bir sıra bölgələrinin elektrik enerjisiz qalması haqqında məlumatlar da yayılır.