Könül Nurullayevanın seçicilərlə görüşləri davam edir

22:00 01-02-2020 455

24 saylı Nizami rayon birinci seçki dairəsindən deputatlığa namizəd Könül Nurullayeva seçicilərlə görüşlər keçirməkdə davam edir.

HerGun.Az xəbər verir ki, K.Nurullayeva bu gün dairə üzrə Q. Qarayev 51/57 ünvanlı binanın qarşısında yerləşən Mərasim evində və E.Süleymanov, Nəsimi küçələrində yaşayan sakinlərlə mənzillərdə görüşlərdə olub. 

Seçiciləri ilə geniş fikir mübadiləsi aparan namizəd onları narahat edən müxtəlif mövzuları müzakirə edib.

Vətəndaşları düşündürən hər bir məsələnin həll olunması üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edən Könül Nurullayeva seçiciləri bu istiqamətdə əl-ələ verib fədakarlıqla, əzmlə birgə çalışmağa səsləyib. Namizəd soyuq havada onunla görüşə təşrif buyuran hər bir seçiciyə minnətdarlığını bildirib.