Xəzər İbrahim Çindən Türkiyəyə çatdırılan vətəndaşlarımızla bağlı müsahibə verib - VİDEO

00:20 02-02-2020 531

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çindən çıxarılan vətəndaşlarımızla bağlı Türkiyə mətbuatına müsahibə verib.

“Haber Global”ın məlumatına görə, səfir altı vətəndaşımızın Çinin Uhan şəhərindən çıxarılması əməliyyatının Azərbaycan və Türkiyə dövlət başçılarının birgə danışıqları ilə başladığını bildirib. O, Türkiyə hökumətinə göstərdikləri yardım üçün böyük təşəkkürünü bildirib.

X.İbrahim qeyd edib ki, soydaşlarımızla telefonla əlaqə saxlayaraq, səhhətləri ilə maraqlanıb. Onların hər biri özünü normal hiss edir. Türkiyədə olduqları üçün özlərini qürbətdə yox, sanki vətəndə hiss edirlər.

Səfir əmin edib ki, bundan sonra da Azərbaycan hökuməti vətəndaşlarının yanında olacaq. Onlara lazımi dəstəyi göstərəcək.