ABŞ-da koronavirusa yoluxanların sayı səkkiz nəfərə çatıb

03:00 02-02-2020 432

ABŞ-da 2019-nCoV koronavirusuna yoluxanların sayı səkkiz nəfərə çatıb.

Bu barədə məlumat Massaçusets ştatının ictimai səhiyyə idarəsinin  saytında yerləşdirilib. 

“Bostonda yaşayan 20 yaşlı kişi bu yaxınlarda Uxan əyalətində olub. O, Çindən qayıtdıqdan sonra həkimə müraciət edib. Pasiyentin analizlərinin cavabı onun bu virusu daşıdığını təsdiqləyib. Bu, Massaçusets ştatında koronavirusa ilk yoluxma hadisəsidir. Hazırda o, izolə olunub və  tam sağalana qədər evə buraxılmayacaq”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, hazırda ABŞ ərazisində yeni tipli pnevmoniya ilə xəstələnən səkkiz nəfər var. Kaliforniya ştatında üç, İllinoys ştatında iki, Arizona, Vaşinqton və Massaçusets ştatlarında ümumilikdə üç nəfər koronavirusa yoluxub.