Koronavirusdan ölənlərin sayı 304 nəfərə çatdı

04:00 02-02-2020 450

Çində 2019-nCoV koronavirusa yoluxanların sayı 13,8 min, ölənlərin sayı isə 304 nəfərə çatıb.

Bu barədə "Vani" portalı məlumat yayıb.

Xatırladaq ki, Çin hökuməti 2019-cu ilin dekabr ayının sonunda Uxan şəhərində 2019-nCoV pnevmoniya virusunun səbəb olduğu epidemiyanın baş qaldırdığını bildirmişdi. Karantinə bağlanmış 11 milyonluq sənaye mərkəzində minlərlə əcnəbi var. ABŞ və Yaponiya da daxil olmaqla, xarici ölkələr xüsusi reyslərlə öz vətəndaşlarını təxliyyə edirlər.