Zelenskinin partiyası satışa çıxarıldı

05:20 02-02-2020 490

Ali Radanın deputatı, “Batkivşşina” partiyasının lideri Yuliya Timoşenko Ukrayna Prezidenti Vladimir Zelenskinin “xalqın nökəri” partiyasını “Facebook” səhifəsində satışa çıxarıb.

“Mənim elanım var: Xalqın nökərləri satılır. Xüsusi cinsdəndirlər: beyinsiz və vicdansız. Qiyməti simvolikdir”, - deyə deputat yazıb və əlavə edib ki, əldə edilən gəlir Ukraynanın xarici borclarını ödəməyə kifayət etməsə də, belə bir saziş “Ze-cahillik”dən və “Ze-ədəbsizlik”dən yaxa qurtarmağa kömək edə bilər. 

Timoşenko bu yolla “Xalqın nökəri” partiyasından olan deputat Yevgeni Braqarın yaşlı qadına elit cinsdən olan itini satmaqla kommunal xidmətləri ödəməyi məsləhət görməyini şərh edib.

Qeyd edək ki, deputat belə bir tövsiyyəni qadının “iki min qrivna  (135 manat) məbləğində olan pensiyaya necə yaşamaq olar?” sualına cavab olaraq vermişdi.