Çinin hüdudlarından kənarda koronavirusdan ilk insan ölüb

08:20 02-02-2020 413

Çinin hüdudlarından kənarda - Filippində 2019-nCoV koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

Bu barədə  Dünya Səhiyyə Təşkilatının Filippin şöbəsinin “Twitter” səhifəsində məlumat verib.

“Filippində 2019-nCoV virusuna yoluxan ikinci şəxs olan 44 yaşlı kişi fevralın 1-də ölüb”, - deyə məlumatda bildirilir.

Çində 2019-nCoV koronavirusuna yoluxanların sayı 13,8 min, ölənlərin sayı isə 304 nəfərə çatıb.

Xatırladaq ki, Çin hökuməti 2019-cu ilin dekabr ayının sonunda Uxan şəhərində 2019-nCoV pnevmoniya virusunun səbəb olduğu epidemiyanın baş qaldırdığını bildirmişdi. Karantinə bağlanmış 11 milyonluq sənaye mərkəzində minlərlə əcnəbi var. ABŞ və Yaponiya da daxil olmaqla, xarici ölkələr xüsusi reyslərlə öz vətəndaşlarını təxliyyə edirlər.