Bacısı dünya şöhrətli türk cərraha bıçaqla hücum etdi

21:45 08-07-2019 835

Dünya şöhrətli türkiyəli kardiocərrah, professor Mehmet Öz bacısı tərəfindən bıçaqlı hücuma məruz qalıb.

“Haberler.com” xəbər verir ki, bu barədə məşhur həkim özü məlumat yayıb.

Türkiyədə hüquq-mühafizə orqanlarına müraciət edən Öz anasının Alzhaymer xəstəsi olduğunu, evdə tək yaşdığını və həyatı üçün narahat olduğunu bildirib.

ABŞ-da yaşayan və Kolumbiya Universitetində məsul vəzifədə çalışan professor anası üçün tutduğu bütün baxıcıların bacısı Nazlı Öz tərəfindən evdən qovulduğunu deyib: “Bununla əlaqədar evə getdiyimdə isə bacım mənə bıçaqla hücum edib, “səni öldürərəm” dedi”.

Hadisə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları araşdırma aparırlar.