Bakıda doğulan məşhur futbolçu vəfat etdi

11:00 02-02-2020 487

“Çernomors” klubunun əfsanəvi futbolçusu Lev Mayorov 50 yaşında vəfat edib. Keçmiş futbolçunun ölümü haqqında klubun mətbuat xidməti məlumat yayıb.

L.Mayorov Azərbaycanda dünyaya göz açıb. O, 13 il “Çernomors” klubunun şərəfini qoruyub. Mayorov ötən əsrin 90-cı illərində klubun rəmzinə çevrilib.

Karyerasını başa vurduqdan sonra Mayorov məşqçi kimi çalışıb. O, doğma klubunda da məşqçilik edib.