Həbibin atası Yemelyanenkoya məsləhət verdi

15:40 02-02-2020 434

Dünya çempionu Həbib Nurməhəmmədovun atası və məşqşisi Abdulmanap Nurməhəmmədov ilk dəfə “Fight nights Global TV” “Youtube” kanalında döyüşçü Aleksandr Yemelyanenkoya məsləhət verib.

Məşqçi deyib ki, Yemelyanenko nəticələrini yaxşılaşdırmaq istəyirsə, onun qrupunda məşq etməlidir.

“Əgər Aleksandr mənim yanımda məşq keçsəydi, o, indi dünyanın aparıcı döyüşçüsü olardı. Mən bunu sizə əminliklə deyirəm”, - deyə Nurməhəmmədov bildirib.

Məşqçi həmçinin Yemelyanenkonu Maqomed İsmayılova qarşı keçirəcəyi döyüşdə favorit hesab edir.