Avstraliya iranlı idmançılara viza verməkdən imtina etdi

17:20 02-02-2020 398

İranın idman gimnastikası üzrə yığma komandası Avstraliyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

İRNA-nın məlumatına görə, İran idmançıları dünya çempionatında iştirak etmək hüququ qazansalar da, Avstraliya onlara viza verməkdən imtina edib. Avstraliya bəyan edib ki, İran idmançılarına viza verilməyəcək. 

Hələlik Avstraliyanın bu qərarının səbəbi açıqlanmır.