Könül Nurullayeva seçiciləri ilə birlikdə ağacəkmə aksiyası keçirib - FOTO

19:20 02-02-2020 504

24 saylı Nizami rayon birinci seçki dairəsindən deputatlığa namizəd Könül Nurullayeva ağacəkmə aksiyası keçirib. 

HerGun.Az xəbər verir ki, bu barədə K.Nurullayeva özü “Facebook” səhifəsi vasitəsilə məlumat yayıb.  

Deputatlığa namizəd bildirib ki, gənclər gününə həsr edilmiş, özündə bir neçə səbəbi birləşdirən və üç gün öncə elan etdiyi ağaçəkmə aksiyası 24 könüllünün iştirakı ilə gözəl şəkildə baş tutub:  

“Soyuq qış havasının ani olaraq günəşli hava ilə əvəz olunması xoş və ürəkdən gələn niyyətimizlə bağlıdır. Çağırışıma dəstək verən gənclərə və könüllülərə təşəkkürümü bildirirəm. Düzü, gözlədiyimdən də artıq müraciət oldu və bu, məni əlbəttə ki, sevindirir. Hamınız var olun! 

10 məhəllənin hər birində 24 ağac əkməklə qarşımıza qoyduğumuz bu məqsədə də nail olduq. Sağ olsunlar, bu işdə bizə həm də məhəllə sakinləri – seçicilərim böyük dəstək verdilər. Fürsətdən istifadə edərək sakinlərlə görüşüb onları narahat edən məsələlərlə tanış olduq. Məhəllə sakinləri sırasında əfsanəvi diktorumuz Sabir Ələsgərov da aksiyaya öz töhfəsini verərərək gənclərə dəstəyini nümayiş etdirdi. 

Bu gözəl təşəbbüsdə əməyi olan hər kəsə bir daha təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu gün biz ağac əkməklə yeni başlanğıcın əsasını qoyduq. 

Yaşasın Azərbaycan gəncliyi! Yaşasın Azərbaycan könüllüləri!”