Ermənistanda Rusiyadan silah təchizatı ilə bağlı cinayət işi qaldırıldı

06:00 03-02-2020 429

Ermənistanın Müdafiə Nazirliyinin əməkdaşı tərəfindən Rusiyanın “ORSIS” adlı silah təşkilatının maraqlarını qoruyan vəkilin işinə mane olmaq səbəbi ilə cinayət işi qaldırılıb.

“RİA Novosti” xəbər verir ki, 2019-cu ildə Ermənistanın Müdafiə Nazirliyi “ORSİS” şirkətinin də iştirak etdiyi bir neçə milyon dollarlıq silah təchizatı ilə bağlı tenderi pozduqdan sonra sözügedən şirkəti “qara siyahıya” daxil edib.

Rusiya tərəfinin etiraz notasından sonra Ermənistanda bununla bağlı cinayət işi açılmışdı.

Məlumata əsasən, hazırki cinayət işi Ermənistanın Müdafiə Nazirliyinin yüksəkrütbəli əməkdaşı tərəfindən qiymətli hədiyyənin mənimsənilməsi və “ORSİS” şirkətinin vəkilinin işinə mane olması ilə bağlı açılıb.