Lənkəranda ana doğuşdan sonra öldü

19:00 03-02-2020 364

Lənkəran rayonunda 24 yaşlı ana doğuşdan sonra ölüb. 

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, rayonun Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Gülnar Rauf qızı Babayeva 38-39 həftəlik hamilə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzinə daxil olub. 

Doğuşa hazırlıq prosedurundan sonra bu gün səhər saatlarında G.Babayeva qeysəriyyə yolu ilə dünyaya uşaq gətirib. Əməliyyatdan sonra qadında qanaxma başlayıb. Zərurət səbəbindən xəstə yenidən əməliyyata alınıb. Həkimlərin səylərinə baxmayaraq, G.Babayevanın həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, ötən il də G.Babayeva qeysəriyyə yolu ilə övlad dünyaya gətirib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Ölümün əsas səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.