Miri Yusif “ruh əkizləri” ilə görüşdü - FOTO/VİDEO

22:20 03-02-2020 611

Gənclər günü Xalq artisti Miri Yusif “Ruh əkizləri” adlandırdığı fanatlarıyla maraqlı görüş keçirib.  

HerGun.Az xəbər verir ki, “Baku Crystal Hall”da yerləşən “Crystal Cafe”də keçirilən görüşə müğənninin 150-dən çox pərəstişkarı toplaşıb.  

Sevimli müğənnilərinin bir addımlığında əyləşən fanatlar Miri Yusifin coşqusunu, enerjisini, səmimiyyətini hiss edib səsinə-səs veriblər. Görüş tərzində keçən mini-konsertin idarəsi populyar radio və video aparıcı DJ Fatehin öhtəsinə düşüb.  

Xalq artistinin fanatlarını ən çox 24 may tarixində “Baku Crystal Hall”da keçiriləcək konsertin hazırlıqları maraqlandırıb. Miri Yusif bu hazırlıqların çoxdan başlandığını və bu gün də çox dinamik getdiyini qeyd edib. İfaçı eyni zamanda vurğulayıb ki, əslində 10 illik solo fəaliyyəti elə bütövlükdə bu konsertin hazırlıqları imiş.  

Görüşdə Miri Yusif “Ruh əkizləri” klipini təqdim etdi və “ruh əkizləri” bu sürprizdən çox məmnun qaldılar. 

Miri Yusif 10 illik solo karyerasında onu bir gün belə tək qoymayan komanda üzvlərinə və “ruh əkizlərinə” minnətdarlığını bildirərək hamını 24 may “Crystal Hall”da keçiriləcək konsertinə dəvət etdi. 

Qeyd edək ki, fanatlarla görüş yaxın zamanda İTV-də nümayiş olunacaq.  

 

Rəşad Əliyev