Gülmirzə Cavadov seçiciləri ilə görüşlərini davam etdirir - VİDEO

12:40 04-02-2020 517

Xalqına və dövlətinə sədaqətlə xidmət etməyi özünə başlıca amal hesab edən Gülmirzə Fəxrəddin oğlu Cavadov da parlament seçkilərində iştirak edir. 

Gülmirzə Cavadov 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyini irəli sürüb və müntəzəm olaraq seçicilərlə görüşlər keçirir. 

Mandat uğrunda mübarizəyə 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən qoşulan Gülmirzə Cavadov təşviqat kampaniyası çərçivəsində artıq Mərdəkan, Buzovna, Şağan, Qala, Gürgan, Pirallahı qəsəbələrində çoxsaylı görüşlər keçirib.

Əhalini narahat edən əsas məqamları elə vətəndaşların dilindən eşidən deputatlığa namizəd qaldırılan bütün məsələlərə, təkliflərə dərhal reaksiya verəcəyini, dövlətlə xalq arasında əsl körpü vəzifəsini yerinə yetirəcəyini və hər bir vətəndaşın dərdinə şərik olacağını bildirir. 

Gülmirzə Cavadovun seçkiqabağı siyasi platformasına vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, qəsəbələrdəki əhalinin elektrik enerjisi, su və qazla etibarlı təminatı, magistral və qəsəbədaxili yolların abadlaşdırılması, küçələrin işıqlandırılması məsələlərinin həlli daxildir. Bunun üçün isə o, deputat seçildikdən sonra kabinetdə deyil, məhz insanların arasında, kənd-qəsəbələrdə olacaq. 

Gülmirzə Cavadov namizəd olaraq onu daha yaxından tanımaq istəyən, millət vəkili seçiləcəyi təqdirdə etmək istədiyi dəyişikliklər haqqında məlumat almaq istəyən hər kəsi görüşə səsləyir.