Çində zəlzələ: 11 nəfər ölüb, 122 nəfər yaralanıb

05:18 18-06-2019 619

Çinin Sıçuan əyalətində ard-arda 2 güclü zəlzələ baş verib.

“RİA Novosti” xəbər verir ki, ilk zəlzələ yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə 19:00) İbin şəhər dairəsində qeydə alınıb. Yeraltı təkanların maqnitudası 6 bal təşkil edib. 40 dəqiqə sonra həmən dairədə 5,1 gücündə təkrar zəlzələ olub.

Yeraltı təkanlar nəticəsində 11 nəfər həlak olub, 122 nəfər xəsarət alıb. Xilaetmə xidmətləri öz işlərini davam etdirirlər. Zəlzələdən deyən maddi ziyan hesablanır.

Qeyd edək ki, Sıçuan əyaləti Çinin ən seysmik təhlükə səviyyəsi yüksək olan regionudur. 2008-ci ildə burada baş verən zəlzələ nəticəsində 87 min insan olüb.