Ülvi Quliyev: “Millət vəkili bir dairədən seçilir, amma bütün Azərbaycan xalqını təmsil edir” - FOTO/VİDEO

14:20 04-02-2020 564

Millət vəkili bir dairədən seçilir, amma bütün Azərbaycan xalqını təmsil edir, xalq adından danışmaq səlahiyyətinə malik olur.

HerGun.Az xəbər verir ki, bu sözləri fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev seçiciləri ilə görüşündə deyib. 

“İnsanlarımızla, Yasamal camaatı ilə görüşürük, sadə dildə onlarla bəzi fikirləri bölüşürük. Heç kəs deyə bilməz ki, bizə müraciət edib və biz buna diqqətsiz, hörmətsiz, məsuliyyətsiz yanaşmışıq. Bu bizim dövlət və Azərbaycan xalqı qarşısında olan məsuliyyətimizdir. 

Yasamal birinci seçki dairəsindən deputatlığa digər 22 namizəddən fərqli olaraq, hazırda Milli Məclisin deputatıyam və qeyd etmək istəyirəm ki, parlamentdə gənclər və idman ictimaiyyətini təmsil edirəm, iki ildir Gənclər və idman komitəsinin sədriyəm. İdman bizə ədalətli mübarizə aparmağı öyrədib. 

Sizdən xahişim odur ki, 9 fevral hər biriniz bu ərazidə yerləşən 31 məntəqədə fəal olun və səs verin”. 

Görüşdə rayon sakinləri ilə yanaşı, Xalq artisti Nürəddin Mehdixanlı, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Füzuli Məmmədov, məşhur teleaparıcı Hacı Nuran da iştirak ediblər.