Elməddin Cəfərovun səhhətində problem yaranıb

21:40 04-02-2020 608

Tanınmış aktyor Elməddin Cəfərovun səhhətində problemlər yaranıb.

HerGun.Az xəbər verir ki, bu barədə ATV-də “7 canlı” axşam şousunda süjet yayımlanıb. Videomaterialda bildirilir ki, aktyorun qəfildən özünü pis hiss etdiyi üçün təcili olaraq xəstəxanaya yerləşdirilib.

Canlı efirə telefon zəngi edən E.Cəfərov səhhəti haqqında açıqlama verib:

“Üz sinirim iltihablaşıb. Nəticədə qulağım və üzüm çox pis şəkildə şişib. Ağrılarım var. Həkimə müraciət etmişəm. Ümid edirəm ki, yaxın bir həftə ərzində sağalıb, işimin başına qayıdacağam”.

Rəşad Əliyev