“PSJ” Neymarı cəzalandıracaq: futbolçu məşqə gəlməyib

07:36 09-07-2019 781

Fransanın “PSJ” klubu hücumçusu Neymarı cəzalandırmaq niyyətindədir.  

Football.ua” xəbər verir ki, futbolçu klubun düşərgəsinə təyin olunmuş vaxtda qayıtmayıb.

Klub yaydığı açıqlamada məyus oldugunu bildirib və Neymara qarşı müvafiq tədbir görəcəklərini bəyan edib.

Lakin futbolçunun menecer qismində çıxış edən atası Neymarın məşqə gələ bilməyəcəyi haqda “PSJ”yə qabagcadan xəbər verdiklərini açıqlayıb.

O, vəziyyətin dramatik həddə çatdırmamasını xahiş edib və Neymarın gələn həftənin birinci günündən kluba qayıdacağını bildirib.   

Qeyd edək ki, Neymarın PSJ-ni tərk etməkdə israrlı olduğu bildirilir. Onu İspaniya “Barselona”sı geri qaytarmaq niyyətindədir.