Çavuşoğlu Azərbaycana gəlir

14:20 05-02-2020 428

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gələcək. 

HerGun.Az xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumatda deyilir ki, M.Çavuşoğlu fevralın 6-da Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzv ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Şuranın iclasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan XİN rəhbərləri iştirak edəcəklər. 

Qeyd edilib ki, səfər çərçivəsində Türkiyə XİN rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulub.

M.Çavuşoğlunun həmçinin, Bakıda digər görüşlər də keçirəcəyi planlaşdırılır.