Könüldən Nazpəriyə qalmaqallı cavab: “Mən o tərbiyənin yiyəsi deyiləm” - VİDEO

17:00 05-02-2020 519

Xəbər verdiyimiz kimi iki gün öncə “Xəzər” TV-də yayımlanan “5/5” axşam şousunda qonaq olan Xalq artisti Nazpəri Dostəliyeva ilə Əməkdar artist Könül Kərimova arasında canlı efirdə gərgin anlar yaşanıb. Nazpərinin Könül ilə salamlaşmaması müzakirələrə yol açıb.

HerGun.Az xəbər verir ki, sözügedən kanalda yayımlalan “Hər Şey Daxil” səhər şousunda qonaq olan K.Kərimova baş verən qalmaqallı olaya belə münasibət bildirib:

“Nazpəri xanımla 9-10 yaş fərqim var. Mən bir şeyi həmişə beynimə həkk etmişəm ki, özümdən böyük sənətkarlara, insanlara heç vaxt hörmətsizlik etməyim. Bunu etməmişəm, etmərəm də. Heç vaxt gözləməmişəm ki, içəri daxil olan özümdən böyük sənətkar salam versin, sonra mən salam alım. Özüm o addımı atmışam ki, böyük gəlir qarşıdan. Düzdür, belə şeylərə dəfələrlə rast gəlmişəm, amma fikir verməmişəm, hərənin bir xarakteri var. Evdə, ailədə aldığım tərbiyə buna yol verməz ki, gözləyim kimsə gəlsin mənə salam versin, mən sonra. Doğrudan, biz heç vaxt üz-üzə gəlib nəsə mübahisə, dava-dalaş da etməmişik. Mən o tərbiyənin yiyəsi deyiləm. Mübahisəm olub, dava da edərəm. Amma özümdən kiçiklərlə, böyüklərlə yox. 

İndi çox səmimi bir söz deyəcəyəm. Bu sənətdə neçə illər ərzində o qədər əziyyət görmüşəm, o qədər acılar çəkmişəm. Çox çətinliklə bugünkü mərtəbəyə gəlmişəm. Mənim üçün bu şeylər çox xırda görünür. Mən  sənətə bu gün gəlməmişəm. Gördüyüm əziyyətlərə, keçdiyim keşməkeşli yollara görə, indi bu söz-söhbətlər mənə o qədər adi gəlir... Bu şeylər əhvalımı poza bilməz, qətiyyən. Neyləməliydim orada?! Salam verdi, vermədi, canı sağ olsun. Kim mənə qarşı necə davranır, mən də ona qarşı elə davranmaq məcburiyyətindəyəm”.

Rəşad Əliyev