Bu ölkədə kişilərə saçlarını qara rəngə boyamaq qadağan edilib

21:40 05-02-2020 436

Türkmənistanın şərqindəki Lebap vilayətində dövlət təşkilatının 40 yaşdan yuxarı kişi işçilərinə saçlarını qara rəngə boytmaq qadağan edilib.

Bu barədə “Azatlık” xəbər yayıb.

Saçları boyamaqdan imtina etmək göstərişi fevralın 1-də məktəb, xəstəxana və digər büdcə müəssisələrinin işçilərinə verilib. Eyni zamanda, saçları təbii qara olanlardan boz saçları təqlid etmək tələb olunub. Qərar şifahi xüsusiyyət daşıyır.

Təşkilat rəhbərləri yeni tələbi çallaşmış saçlarını boyamaqdan vaz keçən prezident Qurbanqulı Berdmuhammedovun imicinin dəyişməsi ilə əlaqələndiriblər.

“Qurum rəhbərləri bildiriblər ki, Lebap vilayətinə Arxadağ (Berdmuhammedovun rəsmi titulu) gələrsə, onunla görüşə əsasən saçları ağarmış insanlar buraxılacaq”, - deyə Farap rayonunda işçilərdən biri deyib.

O da vurğulanır ki, yeni şifahi qərar insanlar tərəfindən narazılıqla qarşılanıb, çünki iki il öncə prezident saçlarını qara rəngə boyayanda, onlara qarşı da eyni tələb irəli sürülürdü.