Azərbaycanlı müğənninin səhnə libası səs-küy yaratdı - FOTO/VİDEO

12:00 06-02-2020 570

Ötən gün təşkil olunan mükafatlandırma gecəsində maraqlı anlar yaşanıb.

HerGun.Az xəbər verir ki, Zuzu ləqəbi ilə şou biznesdə ilk addımlarını atan müğənni Zehnəb Muradinin tədbirə geyindiyi libası müzakirələrə yol açıb.

Onun səhnəyə qırmızı rəngli sinə dekolteli, alt geyimindən ibarət “mayo” libasında çıxışı gecəyə toplaşan qonaqları şoka salıb. Heç kimin gözləmədiyi halda Zuzunun səhnəyə açıq-saçıq geyimdə çıxması heyrət və təəcüblə qarşılanıb.

“Dəlilər kimi” adlı mahnısını səsləndirən ifaçı ehtiraslı və seksual rəqsi ilə mükafatlandırma gecəsinə damğa vurub. Qonaqlar tərəfindən lentə alınan Zuzunun qalmaqallı çıxışı “Instagram”da paylaşılıb. İzləyicilərin əksəriyyəti müğənninin transparan geyimini və seksual rəqsini birmənalı qarşılamayıblar. Onlar Z.Muradini tənqid atəşinə tutublar.

Rəşad Əliyev