İtaliyada sürət qatarı qəzaya uğrayıb: Ölənlər var - VİDEO

12:20 06-02-2020 444

Milan-Boloniya marşrutu ilə hərəkət edən “Freççarossa” sürət qatarı Lodi əyalətində relslərdən çıxıb. 

Bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.

Qəza nəticəsində iki nəfər həlak olub. Onlardan biri qatarın maşinisti, digəri isə dəmir yolunda işləyən fəhlə olub. Nəşrin məlumatına görə, daha 30 nəfər yaralanıb.

Qəzanın səbəbləri hələlik məlum deyil.