Keçmiş Nəqliyyat Nazirliyinin binasının damı uçub, ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb - FOTO

21:40 06-02-2020 399

Tbilisi prospektinin Yasamal rayonu ərazisinə düşən hissəsində yerləşən keçmiş Nəqliyyat Nazirliyinin binasının damının bir hissəsi güclü külək nəticəsində uçub.

APA-nın xəbərinə görə, buna görə yolda hərəkət məhdudlaşdırılıb. Hazırda fəsad aradan qaldırılsa da, damın digər hissəsinin uçma təhlükəsi olduğu üçün ərazidə təhlükəsizlik tədbirləri məqsədilə gediş-gəliş məhdudlaşdırılıb.

Bununla əlaqədar Bakı-Sumqayıt şosesi və Biləcəri istiqamətində də tıxac yaranıb.

Qeyd edək ki, bina hazırda “Bakı Telefon Rabitəsi” MMC-nin nəzdindədir.