Koronavirusun alimləri məəttəl qoyan sirri - bu şəxslər yoluxmur

23:00 06-02-2020 367

Yeni koronavirus qocalara rəhm etmir, ancaq uşaqlara dəymir.

“Gazeta”nın məlumatına görə, Çinin Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzindən bir qrup tədqiqatçı bu qənaətə gəlib. Onların tədqiqatları “New England Medicine Journal”da nəşr olunub və digər ölkələrin həkimlərinin diqqətini çəkib.

Çin koronavirusundan təxminən 30 min insan zərər çəkib, ancaq yanvar ayının ortalarına qədər 15 yaşdan kiçik uşaqlarda yoluxma halları qeydə alınmayıb. Tədqiqatçılar uşaqların yoluxmaya daha müqavimətli olduğunu, xəstələndikdə isə simptomlardan daha az əziyyət çəkdiklərini deyirlər.

Son vaxtlara qədər yalnız bir neçə uşaqda koronavirus infeksiyasına yoluxma qeydə alınıb,  üstəlik simptomlar onların hamısında müşahidə edilməyib.

“Anlamadığımız səbəblərə görə virus ilk növbədə böyüklərə təsir göstərir”, - deyə infeksion xəstəliklər üzrə mütəxəssis Riçard Martinello bəyan edib.

“Uşaqlar müdafiə altındadırlarsa, bu həm onlar üçün, həm də ümumi əhali üçün yaxşıdır”, -  deyə pediatr Aaron Milstoun bildirib.

Həkimlər bununla bağlı iki ehtimal irəli sürürlər: ya uşaqlar yoluxmaya daha az meyillidir, ya da orqanizmləri virusla daha effektiv mübarizə aparır.

Alimlər bildirirlər ki, istənilən halda adi qrip bütün dünyada uşaqlar üçün daha təhlükəlidir.

“Hazırda qrip və digər mövsümi xəstəliklər barədə narahat olmaq lazımdır. Qrip epidemiyası zamanı uşaqlar onu böyüklərdən daha sürətli yayırlar”, - deyə elm adamları bildirib.

Uşaqlar nadir hallarda əllərini yuyur və asqırdıqda ağızlarını örtürlər, daha çox başqalarına toxunurlar, bu isə mikroorqanizmlərin yayılmasına kömək edir.

Beş yaşa qədər uşaqlar qripin ağır komplikasiyaları üçün risk altındadır, onlar sətəlcəm və tənəffüs çatışmazlığından əziyyət çəkə bilərlər. Aydındır ki, bu, uşaqların immunitet sisteminin xüsusiyyətlərindən asılıdır - orqanizm infeksiya ilə mübarizə aparanda, böyüklərdən çox uşaqlar qızdırma və toxumaların zədələnməsinə məruz qalırlar.

Bununla belə, qripdən fərqli olaraq koronavirusdan vaksinlər yoxdur.

“Biz bu virusu uşaqlarımızdan kənar tutmalıyıq. O zaman onun qarşısını ala bilərik”, - deyə Milstoun bildirib.