Koronavirus haqda ilk məlumatı yayan çinli həkim vəfat etdi

02:40 07-02-2020 309

Yeni koronavirus epidemiyasının yayılması haqda məlumat yayan çinli həkim Li Venlyan bu axşam vəfat edib.

“RİA Novosti” xəbər verir ki, daha əvvəl “Global Times” nəşri həkimin ölməsi haqda xəbər yaysa da, sonra bu məlumatı təkzib etmişdi.

O zaman həkim xəstəxanada intensiv terapiya keçirmiş.

Bu aşxam isə həkimin müalicə aldığı Uhan xəstəxanası onun ölməsi barədə rəsmi xəbər yayıb.