Çinin Hubey vilayətində koronavirusdan 618 nəfər vəfat etdi

04:00 07-02-2020 319

Çinin Hubey vilayətində yeni növ koronavirusdan ölənlərin sayı 618 nəfərə çatıb.

“RİA Novosti” xəbər verir ki, daha əvvəl Hubeydə koronavirusdan 549 nəfərin vəfat etdiyi bildirilirdi.

Məlumata əsasən, gün ərzində vilayətdə virusa yoluxanların sayı 22 112 nəfər təşkil edib.

Bundan əlavə, ötən gün ərində 817 nəfər bu xəstəlikdən tamamilə sağalıb.