Kanadada irimiqyaslı qəza: Neft daşıyan qatar partladı – VİDEO

07:00 07-02-2020 390

Bu gecə Kanadanın Saskaçevan əyalətində 31 vaqon neft daşıyan qatar partlayıb və yanıb.

“Kanal 24” xəbər verir ki, insan tələfatı olmasa da yaxınlıqda yerləşən kəndin əhalisi, hər ehtimala qarşı, təxliyyə edilib.

Hadisə yerli vaxtla səhər saat altıda baş verib.

Xam neft daşıyan qatar müəyyən olunmamış səbəbdən relsdən çıxıb və aşıb.

Polis partlayışın və yanğının səbəblərini araşdırır.

Kanadanın nəqliyyat naziri təcili olaraq təhlükəli yük daşıyan qatarların maksimal sürətinin saatda 40 kilometrədək endirilməsi barədə əmr verib.

Qeyd etmək lazımdır ki, 2019-cu ilin dekabrında məhz həmin yerdə başqa qatar da relsdən çıxaraq aşmışdı.