Qızın selfisi görənləri dəhşətə gətirdi: Otaqda tək olmadığından xəbərsiz imiş - FOTO

07:20 07-02-2020 295

Britaniyanın Midlsbro şəhərinin sakini Oliviya Nann sosial şəbəkələrdə paylaşdığı selfisi ilə dostlarını dəhşətə gətirib.

“Faktı” xəbər verir ki, qız şəkil çəkdirərkən tək olmadığından xəbərsiz olub.

Başını örtdüyü kapüşonun iç tərəfində, düz qızın üzünün yaxınlığında nəhəng və qorxunc görünüşə malik hörümçəyi görmək olar.

Yeri gəlmişkən, Oliviyanın özü bu hadisəyə olduqca sakit yanaşıb.

Qız bu şəkildən narahat olmadığını və hörümçəkləri sevdiyini bildirib.