Hamilə qalan həyat yoldaşının boğazını kəsdi – FOTO

08:40 07-02-2020 370

Braziliyanın San-Paulu ştatının 21 yaşlı sakini Marselo Aruaxo üçüncü uşağa hamilə qalan 22 yaşlı həyat yoldaşı Florens dos Santosun boğazını kəsərək qətlə yetirib.

“The Mirror” xəbər verir ki, həyat yoldaşı ona üçüncü uşağa hamilə qaldığını deyəndən sonra Marselo əsəblərinə hakim ola bilməyib.

Əlinə ülküc alan cinayətkar həyat yoldaşınını boğazını kəsib.

Qeyd etmək lazımdır ki, cinayətkar törətdiyi əməli polisə etiraf edib.

Yeri gəlmişkən, həyat yoldaşını qətlə yetirdikdən sonra Marselo öz canına da qıymağa qəsd edib.

Polis onu aşkar edəndə onun boğazında və biləklərinə dərin kəsiklər olub.