Bakı-Sumqayıt yolunda qəza: “Ford”la avtomobil toqquşdu - FOTO

16:00 07-02-2020 380

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

HerGun.Az xəbər verir ki, hadisə yolun Xırdalan dairəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul “Ford” markalı, 50 CK 185 dövlət nömrə nişanlı miktoavtobus idarəetməni itirərək, qarşıda hərəkət edən “Azsamand” markalı, 17 BE 256 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. 

Qəza nəticəsində yaralananların olub-olmadığına dair hələlik məlumat yoxdur.