Bakıda daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə başladı

13:15 21-07-2018 11
loading...

Bu gündən yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - “Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi - “Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başlayıb.

Bakı Nəqliyyat Agentlityindən HerGun.Az-a verilən məlumata görə, 7A və 7B xətləri üzrə sərnişindaşıma “BakuBus” MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçirilir.

Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsi ilə olduğundan 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub.

Bununla yanaşı, 15 yeni dayanacaq məntəqəsi də təşkil edilib.