İçərişəhərdə partlayışdan sonra son görüntülər - FOTO

18:20 07-02-2020 385

İçərişəhərdəki ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində qaz sızması nəticəsində partlayış baş verib. 

HerGun.Az-ın məlumatına görə, hadisə zamanı evdə heç kim olmayıb. 

Ümumilikdə, hadisə nəticəsində beş nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan ikisinə hadisə yerində yardım göstərilib. Digər üç nəfər isə xəstəxanaya yerləşdirilib. 

İlkin məlumatlara görə, onlardan biri üz, digəri baş nahiyəsindən yanıq xəsarətləri alıb. 

Ərazidə təhlükəsizlik tədbirləri görülüb.