Dərbənddə silah ambarı aşkarlanıb

06:54 18-06-2019 764

Dağıstan polisi Dərbənddə üç silahlı şəxsi saxlayıb.

“RİA Novosti” xəbər verir ki, saxlanılanlardan ov tüfəngi, pistolet və döyüş sursatı götürülüb.

Daha sonra saxlanılardan biri gizlədimiş silah ambarının yerini göstərib: durada müxtəlif silahlar və partlayıcı maddələr aşkarlanıb.

Polisdən bildiriblər ki, Rusiya Federasiyasının CM-nın 222 və 222.1 maddələri ilə cinayət işi açılıb, istintaq başlayıb.