Bayrağımız yenə tərsinə qoyuldu: bu dəfə nazirin görüşündə - FOTO

11:54 09-07-2019 827

Dünən İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Yekaterinburqa səfəri çərçivəsində Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Denis Manturovla görüşüb.

HerGun.Az xəbər verir ki, görüşdə xoşagəlməz hal yaşanıb.

Görüş zamanı masanın üzərinə Azərbaycan bayrağı tərsinə qoyulub. Görüşün fotolarında bunu aydın görmək olar. 

Daha sonra Azərbaycan İqtisadiyyat Nazirliyi yaydığı rəsmi məlumatda fotoda düzəliş edib. 

Qeyd edək ki, görüşdə sənaye, o cümlədən, neft-qaz maşınqayırması, gəmiqayırma, xüsusi avadanlıqlar, kənd təsərrüfatı texnikası istehsalı, eləcə də, nəqliyyat, aqrar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın inkişafı, birgə müəssisələrin təşkili, Azərbaycan məhsullarının Rusiyaya ixracının artırılması, Rusiya Federasiyasının regionları ilə əlaqələrin genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

Onu da bildirək ki, analoji hal bir neçə başqa tədbirlərdə də təkrarlanıb.

Samir İsayev