Siqareti söndürməməyi Bakı sakininin ölümünə səbəb oldu

21:00 07-02-2020 563

Bakının Binəqədi rayonunda bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Bu barədə HerGun.Az-a rayon polis şöbəsindən məlumat daxil olub.

Hələlik, 6 fevral saat 04:50 radələrində Binəqədi qəsəbəsində yaşayan 50 yaşlı Zeynalov Nizami Arifşah oğlunun öz yatağında ölmüş vəziyyətdə tapıldığı məlumdur.

İlkin məlumatlara görə, o, yatmazdan əvvəl siqaret çəkib, lakin yatağın yanında olan kül qabındakı siqaretin kötüyünü tamamilə söndürməyib.

Nəticədə yorğan tüstülənməyə başlayıb və Zeynalov yuxuda ikən tüstüdən boğularaq ölüb.

Faktla bağlı istintaq davam edir.

Ramella İbrahimxəlilova