Azərbaycanın iki idmançısına Türkiyənin məşhur şou verilişindən təklif gəlib

12:00 08-02-2020 433

Azərbaycanın iki idmançısına Türkiyənin məşhur “Survivor” realiti-şousundan təklif gəlib.

HerGun.Az-ın məlumatına görə, onlar kikboksçular – Eduard Məmmədov və Pərviz Abdullayevdir.

“Ağ Canavar” ləqəbli Eduard təklifdən imtina etdiyini bildirib:

“Dövlət işində çalışdığım üçün şouda iştirak edə bilməyəcəyimi bildirdim. Çünki bir neçə gün Azərbaycandan kənarda qalmaq tələb olunur. Daxili İşlər Nazirliyinin zabitiyəm. İşimlə əlaqədar alınmadığı üçün təklifdən imtina etdim”.

“Kobra” ləqəbli Pərviz isə hazırda İstanbuldadır. O, şouda iştirakla bağlı danışmağa təşkilatçılar tərəfindən icazə verilmədiyini bildirib. 

Qeyd edək ki, “Survivor”da “Məşhurlar” və “Könüllülər” komandası yarışacaq. “Survivor” cari mövsümdə fevralın 16-da Türkiyənin TV8 telekanalında efirə çıxacaq. Yarışda Ersin Korkut, Uğur Pektaş, Tayqun Ərdoğan, Yasin Obuz, Cemal Can, həmçinin “Qalatasaray”ın sabiq futbolçusu Sərcan Yıldırımın iştirak edəcəyi bəlli olub.

Səbuhi Musayev