Məcburi köçkün seçicilərin sayı açıqladı

15:20 08-02-2020 469

Parlament seçkiləri 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsində keçiriləcək. 

HerGun.Az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.
 
O bildirib ki, ümumilikdə 340 min 689 məcburi köçkün səsvermə hüququna malikdir. 

M.Pənahovun sözlərinə, bütün seçki məntəqələri hazır vəziyyətə gətirilib. 

O bildirib ki, seçki komissiyalarının 36 faizi qadınlar, 64 faizi isə kişilərdən ibarətdir. 

Aqşin Kərimov