Bakıda ahıl kişi qətlə yetirildi
01:40 09-02-2020 536
Bakıda 62 yaşlı kişi bıçaqlanaraq öldürülüb.
“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Zığ şosesində 1958-ci il təvəllüdlü Əliyev Bəxtiyar Yusif oğlu bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, B.Əliyev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.