Trampın saç düzümü yenə gündəmdə - ABŞ Prezidenti qəzəbləndi

03:00 09-02-2020 552

Saç düzümünün fotoredaktorla işlənmiş şəkillərinin sosial şəbəkələrdə yayılması ABŞ Prezidenti Donald Trampı qəzəbləndirib. Belə ki, şəkillərdə Tramp havada dalğalanan həcmli saçlarla təsvir olunub.

“Yenə də feyk xəbərlər. Aydın görünür ki, bu, fotoşopdur. Yəni külək bu qəddər güclü idi və saçlarım yaxşı görünür? Alçaltmaq üçün əllərindən gələni edirlər”, - deyə Prezident “Twitter”də şəkli şərh edib.

Qeyd edək ki, Amerika Prezidentinin saç düzümü dəfələrlə müzakirə obyektinə və çoxsaylı zarafatlara çevrilib.