MSK bu gün ictimaiyyətə beş dəfə məlumat verəcək

08:20 09-02-2020 433

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradıb.

HerGun.Az-ın xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə gün ərzində beş dəfə məlumat veriləcək.

M.Pənahov bütün seçiciləri seçki məntəqələrinə dəvət edərək, öz konstitusion hüquqlarını həyata keçirməyə çağırıb.

Qeyd edək ki, səsvermə saat 19:00-da bitəcək.

Aqşin Kərimov