Saat 17:00-a olan seçici fəallığı açıqlandı - CANLI YAYIM

18:00 09-02-2020 446

Milli Məclisə seçkilərlə əlaqədar saat 17:00-a olan seçici fəallığı açıqlanıb.

HerGun.Az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib. 

O deyib ki, ölkə üzrə 2 milyon 389 min 754 nəfər səs verib. Bu isə seçicilərin 44.84 faizini təşkil edir.

Qeyd edək ki, səsvermə saat 19:00-da bitəcək.

Aqşin Kərimov