Məşhur transseksual “Avroviziya-2020”-də onlayn aparıcı olacaq - FOTO

01:00 11-02-2020 591

May ayının 12, 14 və 16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək sayca 65-ci “Avroviziya” mahnı müsabiqəsində ilk dəfə onlayn aparıcı olacaq.

HerGun.Az xəbər verir ki, “Youtube”da yayımlanacaq xüsusi buraxılışlarla yarışmanın izləyiciləri müsabiqənin pərdə arxasında baş verənləri canlı izləmək şansı əldə edəcəklər.

“Youtube”da yayımlanacaq xüsusi buraxılışların aparıcılığını sözügedən videoplatformanın məşhur siması 25 yaşlı “beauty” (gözəllik) blogeri Nikki de Yager edəcək.

Niderlandlı bloger bir beçə həftə öncə transseksual olduğunu açıqlayıb.

Qeyd edək ki, “beauty” (gözəllik) blogeri Nikki de Yagerin “Youtube” hesabında 12,5 milyon izləyici var.

Rəşad Əliyev