Enrike İqlesias üçüncü övlad atası oldu

13:20 11-02-2020 483

Məhşur ispan mügənnisi Enrike İqlesias yenidən ata olub.

Bu barədə mügənninin kiçik qardaşı “Daily Mail”ə danışıb.

Xəbərdə bildirilir ki, E.İqlesias və həyat yoldaşı - keçmiş rus tennisçi Anna Kurnikova üçüncu övlada sahib olublar.

Lakin uşağın cinsi hələ mediaya açıqlanmayıb.

Xatırladaq ki, E.İqlesias və Kurnikova 2001-ci ildə “Escape” mahnısına klipinin çəkilişi zamanı tanış olub, 2002-ci ildən görüşməyə başlayıblar.

Onların iki yaş iki aylıq olan Nikolas adlı oğlan və Lusi adlı qız əkizləri var.