Kişini ələ alıb pul seyfini oğurladı - VİDEO

01:00 12-02-2020 458

Orta Asiyadan olan 33 yaşlı qadın görüşdüyü kişinin mənzilindən 50 kiloqramlıq seyf oğurlayıb. 

Görüntülər oğurluq hadisəsinin baş verdiyi binanın təhlükəsizlik kameralarına düşüb.

Life.ru məlumat verir ki, 24 yanvar günü səhər saatlarında qadın içərisində üç milyon rubl (79 min 500 manat) pul olan metal yeşiyi oğurlayıb.

Hüquq-mühafizə orqanları cinayətkarı qatarda olan zaman yaxalayıb.

Qadın əvvəlcə paytaxta, oradan isə vətəninə getməyi planlayıbmış.