Martda “NASA” Aya uçacaq astronavtların seçiminə başlayacaq

02:40 12-02-2020 89

Cari ilin mart ayında “NASA” Aya və ola bilsin ki, Marsa uçacaq astronavtların seçiminə başlayacaq.

“RİA Novosti” xəbər verir ki, bu layihəyə qatılmaq istəyənlər martın 2-dən 31-dək “NASA”ya müraciət edə biləcəklər.

Anketlərin qəbulu bitdikdən sonra  astronavt sənətinə yiyələnəcək namizədlərin seçimi başlayacaq.

Tələblərə əsasən, bu layihədə iştirak etmək istəyən şəxs ABŞ vətəndaşı olmalıdır, mühəndislik, biologiya, fizika, kompüter texnologiyaları, riyaziyyat kimi sahələr üzrə ali təhsilə sahib olmalıdır və tibb sahəsini bilməlidir.

Pilot təcrübəsi vacib deyil, lakin üstünlük verən amil sayılacaq.

Tarixdə ilk dəfə astornavtların seçimi sırasında ikisaatlıq canlı imtahan keçiriləcək.

Qeyd edək ki, “Artemis” layihəsi Ayda və Marsda tədqiqatların aparılması ilə bağlıdır.

Seçim prosesi gələn ilin ortalarında bitəcək. Bundan sonra seçilmiş namizədlər bir neçə il ərzində astronavtlar müvafiq hazırlıq və tədris keçəcəklər.