Polis axtardığı şəxsləri çarpayının altında tapdı - VİDEO

12:00 12-02-2020 425

Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Miqrant Qaçaqçılığı və İnsan Alveri ilə Mübarizə İdarəsinin əməkdaşları İstanbul şəhərində insan alveri ilə məşğul olan cinayətkar dəstəyə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Xüsusi təyinatlıların müşayiəti ilə üçmərtəbəli binaya girən hüquq-mühafizə orqanlarının əməkdaşları miqrantları evin damında və çarpayıların altında gizlənmiş halda tapıb. Əməliyyat zamanı Banqladeş və Pakistan əsilli 135 qaçaq saxlanılıb.

Onlar tibbi müayinədən sonra polis idarəsinə aparılıb.