Poçt şöbəsində iki partlayış oldu

13:40 12-02-2020 442

Amsterdamda poçt şöbəsində iki partlayış baş verib.

Bu barədə “Reuters” hüquq-mühafizə xidməti orqanlarına istinadla xəbər yayıb.

Bildirilir ki, birinci partlayış səhər saatlarında olub. Ondan az sonra isə ikinci partlayış baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bombaların bağlamaların içində gizlədildiyi ehtimal olunur.